Madrid "Real"ının zədəli futbolçusu Ferlan Mendi La Liqanın 29-cu turunda "Barselona" ilə oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ən az 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq. "Kral klubu"nun digər zədəli oyunçusu Kərim Benzemanın "El-Klassiko"da iştirak edib-etməyəcəyi isə sual altındadır.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması martın 20-si Bakı vaxttı ilə saat 00:00-da başlayacaq.