"Milan"ın futbolçusu Frank Kessie "Barselona" ilə anlaşıb.

 Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni mövsümdən İspaniya nəhənginin şərəfini qoruyacaq. Onun İtaliya klubu ilə sözləşməsi bu sezon başa çatır.

Qeyd edək ki,fildişi sahilli oyunçu 2017-ci ildən "rossonerilər"də çıxış edir.