"Liverpul"un futbolçusu Roberto Firmino karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "Atletiko" yayda komandanı tərk edəcək Luis Suaresin yerinə 30 yaşlı brazilyalı hücumçunu heyətinə qatacaq. Mersisayd təmsilçisi zədə səbəbindən az şans tapan "sambaçı"nın gedişinə müsbət yanaşır.

Qeyd edək ki, Brazilya millisinin üzvü 2015-ci ildən "Liverpul"da çıxış edir.