"Barselona"nın futbolçusu Serji Roberto karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

 Offsideplus.az "Sports Mole"yə istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı orta sahə oyunçusu "Arsenal"a keçə bilər. Artıq London klubu bu barədə Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb. Onun "Barsa" ilə hazırkı sözləşməsi bu mövsüm başa çatır.

Həmçinin, baş məşqçi Xavi də Robertonun satılmasına icazə verib.

Qeyd edək ki,o, bu mövsüm 12 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.