Memfis Depay sabiq klubu PSV-yə qayıda bilər.

 Offsideplus.az "Voetbal Primeur"a istinadən xəbər verir ki, Eindhoven təmsilçisi "Barselona"da xoşbəxt olmayan və yayda ayrılmağı planlayan 28 yaşlı hücumçunu yenidən heyətini cəlb etmək niyyətindədir. Onun Kataloniya klubu ilə hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

O, bu mövsüm "Barsa" forması ilə 23 qarşılaşmada 8 qol və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Depay 2012/2015-ci illər aralığında PSV-də çıxış edib.