Serji Roberto "Barselona"dan ayrılmaq niyyətindədir.

 Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı yarımmüdafiəçi bu mövsümü sonu bitəcək sözləşməsini yeniləməyəcək. Oyunçu ilə "Betis" və "Real Sosyedad" yaxından maraqlanır.

Qeyd edək ki, "Barsa" yetirməsi olan Roberto bu mövsüm 12 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə edib.