"Barselona" Edinson Kavanidən imtina etmək niyyətində deyil.
Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Kataloniya klubu yayda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq 35 yaşlı uruqvaylı hücumçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Uruqvay millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"la 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.