Madrid "Atletiko"su futbolçusu Culiano Simeone ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Culiano Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin oğludur. O, 2020-ci ildə yenidən İspaniyaya köçüb, lakin hələ "Atletiko"nun əsas komandasında debüt etməyib.