Bilbao "Atletik"inin müdafiəçisi Daniel Vivian ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki,  22 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu ilin yayında başa çatacaqdı. 

Qeyd edək ki, Daniel Vivian 2017-ci ildən “Atletik”də çıxış edir.