"Atletiko" "Çelsi"nin futbolçusu Markos Alonsonu transfer etmək niyyətindədir.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin çalışdırıcısı Dieqo Simione  31 yaşlı ispan müdafiəçini komandasında görmək istəyir. Lakin "Çelsi" ilə 2023-cü ilədək sözləşməsi olan oyunçunun "matrasçılar"la keçidi elə də mümkün görünmür. 

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"dən çıxış edən Alonso bu mövsüm 27 matçda 1 qol və 3 məhsuldar ötürmə edib.