"Betis" Nabil Fekirlə müqaviləni yeniləyib.

Offsideplus.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Sevilya təmsilçisi 28 yaşlı fransalı oyunçuyla sözləşməni 2026-cı ilə qədər uzadıb.

Qeyd edək ki, 2019-cu ildən "Betis"in şərəfini qoruyan Fekir bu mövsüm 23 matçda 6 qol və 4 məhsuldar ötürmə edib.