"Rayo Valyekano" Radamel Falkao ilə müqaviləni uzadacaq.

 Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi 35 yaşlı futbolçuyla razılığa gəlib. Onunla 1 illik yeni sözləşmə imzalanacaq.

Falkao Kolumbiya millisi ilə Qətərdə keçiriləcək olan Dünya Çempionatında iştiak etmək üçün bu addımı atıb.

Qeyd edək ki, kolumbiyalı hücumçu bu mövsümün əvvəlində "Rayo Valyekano"ya keçib. O, bu mövsüm La Liqada 11 oyunda 5  qol vurub.