"Real" növbəti sezon üçün də transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" "Lill"də çıxış edən 21 yaşlı hücumçu Jonatan Davidi heyətinə qatmaq istəyir. Madrid təmsilçisi bu keçidi növbəti ildə həyata keçirməyi planlayır.

Kanadalı forvardın Fransa klubuyla 2025-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, David  bu mövsüm "Lill"in heyətində 26 maçta 15 qol vurub.