İspaniya Ali Məhkəməsi "Barselona" klubunun müdafiəçisi Jerar Pikenin vergi ilə bağlı cəriməsini ləğv edib.

Offsideplus.az xəbər verir ki, qurum 34 yaşlı futbolçunun saxtakarlığa yol vermədiyini təsdiq edib.

Bununla da Pike 2,1 milyon avro məbləğində cərimədən azad olunub.

Xatırladaq ki, təcrübəli futbolçu 2008-2010-cu illər arasında olan vergi borcuna görə cərimələnmişdi.