Madrid "Atletiko"su bu gecə İspaniya La Lİqasının 18-ci turu çərçivəsində "Sevilya" ilə keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Antuan Qrizmann zədə səbəbindən oyuna çıxa bilməyəcək. 

​30 yaşlı futbolçunun sağ ayağında problem olduğundan matça çıxmayacaq. 

Qeyd edək ki, "Sevilya" - "Atletiko" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.