"Barselona" klubu "Sevilya"nın futbolçusu Klemen Lenqleti transfer etmək istəyir.

Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı fransalı futbolçunu yay transfer dövründə rənglərinə bağlamaq istəyir. Klub bunun üçün qarşı tərəfə 35 milyon avro təklif edir. Futbolçu ilə "Mançester Yunayted" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, K.Lenqlet ötən ildən "Sevilya"nın şərəfini qoruyur.