"Barselona" heyətinə yeni futbolçu qatmağı planlayır.

 

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya nəhəngi Uruqvayın "Penarol" klubunda çıxış edən  20 yaşlı forvard Aqustin Alvaresi transfer etmək niyyətindədir.

Kataloniya klubu Aqustin üçün qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Penarol" yetirməsi olan Alvares bu mövsüm 40 maçta 23 qol və 5 məhsuldar ötürmə edib.