"Atletiko"(Madrid) klubunun ulduz hücumçusu Luis Suares zədələnib.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Portu” ilə matçında (3:1) sıradan çıxıb. 

Onun zədəsinin ciddi olduğu bildirilir. Suaresin bərpa müddəti bilinmir. 34 yaşlı hücumçu gündəlik fizioterapiya seanslarına qoşulacaq. 

Bununla da Suares dekabrın 12-də keçiriləcək “Real” - “Atletiko” matçını buraxacaq.