İspaniyanın “Barselona” klubu daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jordi Alba sıradan çıxıb. 

UEFA Çempionlar Liqasında “Bayern”ə qarşı keçirilən səfər matçında (3:0) zədələnən Alba bu il yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, La Liqa klubunun gənc futbolçusu Ansu Fati də sıradan çıxıb.