"Barselona" klubunun gənc futbolçusu Ansu Fati ən az 2 həftə daha meydana çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi hələ də zədəsini bərpa edə bilməyib. Bu səbəbdən o, komandanın məşqlərinə də qatılmır. Fati Çempionlar Liqasının 6-cı turunda "Bavariya" ilə görüşü də buraxmalı olacaq.
Bildirək ki, Ansu La Liqanın 13-cü turunda "Selta" ilə görüşdə zədələnib.