"Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin 21 yaşlı hücumçusu Ferran Torresi rənglərinə qatmağı planlaşdırır. "Barselona"nın prezidenti Xuan Laporta bir nömrəli hədəflərinin məhz ispaniyalı forvard olduğunu bildirib.

La Liqa klubu qış transfer dönəmində keçidi reallaşdırmağa çalışacaq. 

Qeyd edək ki, Torres ötən il "Valensiya"dan "Mançester Siti"yə keçib.