Ötən gecə keçirilən "Vilyareal" - "Barselona" oyununda insident yaşanıb.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin işçilərinin biri ilə Kataloniya klubunun qapıçılar üzrə məşqçisi Xose Ramon de la Faunte arasında dava olub. Mübahisə polislər tərəfindən dayandırılıb.

Məlumata görə, davaya səbəb "Vilyareal" cəbhəsinin hakimin "Barselona" lehinə verdiyi qərarlar olub.

Xatırladaq ki, matç "Barselona"nın 1:3 hesablı qələbəsi ilə başa çatıb.