“Barselona” klubu qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni baş məşqçisi Xavi sabiq klubu “Əl Sədd”dən Bağdad Bunedjanı heyətə cəlb etmək istəyir.

Gənc mütəxəssis keçmiş futbolçusunu “Barselona”ya gətirərək, hücum xəttindəki problemi həll etməyi planlaşdırır.

Qeyd edək ki, Bunedja bu mövsüm “Əl Sədd”lə 20 oyunda 17 qol vurub.