"Barselona"nın ulduz futbolçusu Serxio Aquero karyerasını başa vuracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Cerard Romero məlumat yayıb.
O, argentinalı hücumçunun gələn həftə mətbuat konfransı keçirəcəyini və karyerasını sonlandıracağını bəyan edəcəyini bildirib.
Bildirək ki, 33 yaşlı forvardın ürəyində ciddi problem var və bu səbəbdən kardioloqlar ona futbol oynamaqdan uzaqlaşmağı məsləhət görüblər.