"Real" heyətinə yeni futbolçu qata bilər.

 Offsideplus.az xəbər verir ki, "kral klubu" Argentinanın "River Pleyt" komandasında çıxış edən 21 yaşlı hücumçu Julian Alvarez ilə yaxından maraqlanır. Adı çəkilən forvard bu mövsüm  40 maçta 19 qol, 13 məhsuldar ötürmə edib.

Qeyd edə ki, Alvarez 2019-cu ildən "River Pleyt"in şərəfini qoruyur. O, 5 oyunda da Argentina millisinin formasını geyinib.