“Barselona”  "Liverpul"un ulduzu Məhəmməd Salahı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun yeni baş məşqçisi Xavi Ernandes misirli forvardı komandasında görmək istəyir. Klubun "merseysidelılar"la danışığa başladığı bildirilib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 15 matçda 15 qol və 6 məhsuldar  ötürmə edib.