Dani Alveş tibbi baxışdan keçib.

Offsideplus.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki,  38 yaşlı "sambaçı" müayinədən uğurla keçib. Adı çəkilən müdafiəçi bu gün komanda ilə birlikdə məşqə çıxacaq.

 Qeyd edək ki, Alveş 2008/2016-cı illər aralığında  "Barselona"da çıxış edib. Onun son klubu isə "San Paulo" olub.