"Barselona" Kərim Adeyemini heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun yeni baş məşqçisi Xavi "Zaltsburq"un 19 yaşlı almaniyalı hücumçusunu sərancamında görmək istəyir.

Qeyd edək ki, Adeyemi bu mövsüm Avstriya təmsilçisi ilə 22 maçta 15 qol, 2 məhsuldar ötürmə edib.