“Barselona” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin gənc futbolçusu Ansu Fati yenidən sıradan çıxıb.
18 yaşlı hücumçu La Liqanın 12-ci turunun “Selta” ilə səfər matçında (3:3) zədələnib. O, azı bir ay yaşıl meydanlardan uzaq qala bilər.