Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-dən sonra "Real"ı çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, bu xəbərləri təkzib edib:

 "Dəqiq deyə bilərəm ki, "Real"a getməyəcəm.  Hazırda dünya çempionatına hazırlaşırıq. Bu barədə bir saniyə belə düşünməmişəm. "Real" Zidanın yerini doldura biləcək çox yaxşı baş məşqçi tapacaq. Ancaq həmin şəxs mən olmayacam".(qol.az)