“Barselona” klubu İspaniya La Liqasının 13-cü turunda “Selta”nın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi həmin matçda iki futbolçusunun köməyindən istifadə edə bilməyəcək.  

Belə ki, Serjinyo Dest və Osman Dembele zədə səbəbindən “Selta” ilə matçı buraxmalı olacaq. 

Qeyd edək ki, sabah keçiriləcək “Selta” – “Barselona” matçı saat 19:15-də başlayacaq.