"Mançester Yunayted" Madrid "Real"ının futbolçusu Eden Azardı transfer etməkdən imtina edib.

 

Offsideplus.az xəbər verir ki, "kral klubu" "qırmızı şeytanlar"a yanvar ayında 30 yaşlı belçikalını heyətinə qatmaq üçün təklif edib. Amma adı çəkilən klub bu təklifi qəbul etməyib.

Qeyd edək ki, 2024-cü ilə kimi "Real"la müqaviləsi olan Azard bu mövsüm 10 maçta meydana çıxıb və 1 qol vurub.