"Barselona" sıralarını yeni futbolçu ilə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu "qırmızı şeytanlar"da əsas heyətə düşməkdə çətinlik çəkən Donni van de Beki heyətinə qatmaq istəyir. Niderlandlı oyunçu özü də "Barselona"ya keçməyə maraqlıdır.

Qeyd edək ki, sözügedən oyunçu "Ayaks"dan "Mançester Yunayted"ə keçib.