"Barselona"nın futbolçusu Serxio Aqueronun vəziyyəti ağırlaşıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu "Alaves"lə matçın 41-ci dəqiqəsində nəfəs darlığı yaşayıb və yerini Koutinyoya buraxıb. Oyunçu dərhal xəstəxanaya aparılıb.

Xatırladaq ki, "Barselona" - "Alaves" oyunu 1:1 hesabı ilə başa çatıb.