“Barselona” klubunun gənc futbolçusu Ansu Fati yenidən zədələnib.

Offsideplus.az xəbər verir ki, La Liqanın 10-cu turunun “Real”la matçında (1:2) zədələnən 19 yaşlı hücumçunun bərpa müddəti məlum deyil.

Qeyd edək ki, Fati ötən ilin noyabrında zədələnmiş və bu ilin oktyabrında yaşıl meydanlara qayıtmışdı.