"Barselona" klubu futbolçusu Ansu Fati ilə müqaviləsinin müddətini uzadır.
Offsideplus.az xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər sözləşmə imzalayacaqlar.
18 yaşlı hücumçunun təzminat qiyməti isə 1 milyard avro olacaq.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Fatinin "Barselona" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.