İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salıb.

Offsideplus.az xəbər verir ki, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə baş tutmayacaq.

Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.