"Barselona" klubunun baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna 58 yaşlı niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman hakimin işindən narazılığını bildirdiyi üçün "qırmızı" görüb.
Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək.