İspaniyanın “Barselona” klubu ilə baş məşqçisi Ronald Kumanla yeni müqavilə imzalamasa ona təzminat ödəməli olacaq.

Offsideplus.az-ın məlumatına görə, La Liqa təmsilçisi 2022-ci ilin yayında başa çatacaq anlaşmanı uzatmasa, Kumana 6 milyon avro ödəməli olacaq.

Müqaviləyə belə bir şərtin salınmasının səbəbi də bəllidir.

Belə ki, “Barselona”nı çalışdırmaq üçün Niderland yığmasının baş məşqçi postunu tərk edən mütəxəssis federasiyaya öz şəxsi vəsaitindən kompensasiya ödəyib.