"Barselona" klubu hücumçusu Ansu Fati ilə müqaviləsini yeniləyəcək.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı forvard Kataloniya klubunun təklifini qəbul edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı gözlənilir. Fatinin "Barselona" ilə hazırkı sövdələşməsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, o, 2019-cu ildən klubun əsas komandasında oynayır.