Belçikalı futbolçu Eden Azar "Real"dakı vəziyyəti haqqında danışıb. 

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu Madrid klubundan gedəcəyi haqqında yayılan xəbərləri təkzib edib: "Az oynadım və qol vura bilmədim, amma bu, kluba olan bağlılığımı azalda bilməz. Madriddə xoşbəxtəm, həyatım buradadır. Koronaviru, zədə və digər səbəblər az oynamağıma səbəb oldu. Yeganə çatışmazlı oynamamağımdır. Nə istəyirsiniz deyin, amma "Real"da xoşbəxtəm".

Qeyd edək ki, İspaniya La Liqasınında 3 tur geridə qalıb, lakin Eden Azar bu matçlardan yalnız birində meydana çıxıb.