"Atletiko"ya qayıdan Antuan Qrizmann 8 nömrəli forma ilə çıxış edəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm bu nömrəli forma ilə "Çelsi"yə icarəyə verilən Saul Niqes oynayıb.

Qeyd edək ki, Qrizmann 2014-2019 -cu illərdə "Atletiko"da çıxış etdiyi müddətdə 7 nömrəli forma geyinmişdi.