"Barselona"nın hücumçusu Antuan Qrizmann "Atletiko"ya qayıdıb.

Offsideplus.az xəbər verir ki, Madrid klubu fransalı futbolçunu 1+1 illik icarəyə götürüb. 
"Atletiko"nun Qrizmannın icarəsi üçün 10 milyon avro ödəyəcək. 1 il sonra satın alınması isə 40 milyona başa gələcək.
Xatırladaq ki, forvard 2014-2019-cu illərdə "Atletiko"da çıxış edib. "Barselona" Qrizmann üçün 2019-cu ilin yayında "Atletiko"ya 120 milyon avro ödəyib. 
3209898 65753228 2560 1440 copy