“Real Soseydad” klubunun yeni baş məşqçisi məlum olub. 

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin bundan sonra Aser Qaritano çalışdıracaq. 

48 yaşlı mütəxəssis klubu ilə 3 illik müqavilə imzalayıb. O, son olaraq “Leqanes”də işləyib. 

Qeyd edək ki, Qaritano “Leqanes”i 2013-cü ildən çalışdırırdı. Onun rəhbərliyi altında komanda Sequnda B-dən La Liqaya yüksəlib.