İspaniyanın "Real Madrid" klubunun qapıçısı Andrey Lunin koronavirusa yoluxub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı ukraynalı oyunçu karantinə alınıb.

Qeyd edək ki, 2018-ci ildə "Real Madrid"lə müqavilə imzalayan qolkiper bu vaxtadək müxtəlif klublara icarəyə verilib.