Ötən mövsüm dizindəki zədə səbəbindən 29 oyun buraxan Jerar Pike yenə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, "Atletik Bilbao"ya qarşı oyunda (1:1) xəsarət alan 34 yaşlı müdafiəçi məcburi əvəzlənib. 

İspaniyalı oyunçunun durumuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.