Madrid "Real"ının xorvatiyalı futbolçusu Luka Modriç məşq zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin sabah tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcəyi bildirilib. Bununla da o,  La Liqanın 2-ci turunda "Levante" ilə görüşü buraxacaq.

Qeyd edək ki, "Levante" - "Real" matçı avqustun 22-i keçiriləcək.