İspaniyanın "Barselona" və "Atletiko" klubları Bernardo Silva uğrunda savaşır.
Offsideplus.az "Times Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi transfer mübadiləsi etmək istəsə də, "Mançester Siti" 28 yaşlı yarımmüdafiəçini satmaq istəyir. Belə ki, "şəhərlilər" Harri Keynin mümkün transferinə hazırlaşır.
"Barselona"dan əlavə, Madridin "Atletiko" klubu da Silva ilə yaxından maraqlanır.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir.