"Barselona" Deyan Kuluşevskini heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Yuventus"un ulduzunun qarşılığında Usman Dembeleni təklif edir. Turin təmsilçisi Dembelenin yaxın dönəmlərdə zədələndiyi üçün bu təklifi geri çevirib.

Qeyd edək ki, AVRO-2020 zamanı Fransa millisinin heyətində zədələnən 24 yaşlı forvard hazırda müalicəsini davam etdirir.