"Barselona"nın prezidenti Xuan Laporta mətbuat konfransı zamanı klubun maliyyə durumu barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin borcu 1,35 milyard avro məbləğindədir. Mart ayından klubun başına keçən Laporta, futbolçu maaşlarının klubun gəlirindən çox olduğunu deyib:

"Futbolçulara ödədiyimiz maaş, klubun ümumi gəlirinin 102%-ni əhatə edir. Rəqiblərimizindən 20-25% daha çoxdur. 451 milyon avro da maliyyə itkisi var. Koronavirus pandemiyasına görə 91 milyon avro zərər gördük. Bura gələrkən klubun çətin vəziyyətdə olduğunu anladıq. Gördüyümüz ilk iş "Kamp Nou"nun yenilənməsi üçün 80 milyon avroluq kredit tapmaq idi".